Bu siyasətin mərkəzində vətəndaş məmnunluğu dayanır

“Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunduqda bütün məhkumların ürəyində ümid çırağı yandı. Hər bir məhkum ümid edirdi ki, əfv sərəncamı ona da şamil ediləcək”.  Bu sözləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkə başçısı İlham Əliyevin Ulu Öndərin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrası zamanı deyib.

O bildirib ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş humanizm siyasəti uğurla davam etdirilir: “Ölkə başçısı da qeyd edib ki, bu siyasətin mərkəzində vətəndaşın məmnunluğu dayanır. Bu gün biz həmin məmnunluğun şahidi oluruq. Bu ədalətin tərənnümüdür. Müstəqil Azərbaycan tarixində ən çox məhkumun azad olunduğu sərəncam oldu. Eyni zamanda, bu sərəncam müxtəlif kateqoriyadan olan məhbuslara şamil olunub. Bununla əlaqədar bu gün 801 ailə sevinc yaşayır. Arzu edirik ki, bundan sonra heç kim azadlıqdan məhrum edilməsin”.