Bu SMS-i açmayın!!!

Erməni xüsusi xidmət orqanları Azərbaycana qarşı təxribatlarını davam etdirirlər.

Bir neçə gündür ki, mobil telefonlara Ermənistan xüsusi xidmət orqanları tərəfindən sms bildirişləri göndərilir.

Telegram sosial şəbəkəsində yayılan xəbərlərə görə, həmin bildirişdə qeyd edilir ki, onlayn hesabların təhlükəsizliyi üçün iki mərhələli təsdiqlənmə sistemi aktiv edilməlidir.

Qeyd edək ki, həmin sms-də link daxil edilib və həmin linkə tıklamaqla məlumatlarınız, online bank hesab bilgiləriniz qarşı tərəfə avtomatik olaraq ötürülə bilər.