“Bu təşəbbüsün müəllifi cənab İlham Əliyevdir” – Azər Badamov

“2016-cı ildə keçirilən Davos iqtisadi Formunda Prezident İlham Əliyev OPEC+ formatının yaradılmasını təklif etmişdi. Azərbaycanın bu təşəbbüsü dünya neft bazarının tənzimlənməsində əhəmiyətli rol oynamışdır”. Bu sözləri  deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu formata əsasən, OPEC və ona daxil olmayan ölkələr arasında neft istehsalında kvotaların tətbiq edilməsinə razılıq əldə olundu: “Məhz ondan sonra dünya neft bazarı tənzimlənməyə və neftin qiyməti artmağa başladı. Bu təşəbbüsün müəllifi cənab İlham Əliyevdir.

Ölkəmizə səfərdə olan OPEC-in Baş katibi Haysam Əl-Qaysı Prezident İljham Əliyevin qəbulunda Azərbaycanın OPEC+ təşəbbüsü bir daha çox yüksək dəyərləndirdi və bu gün də bu formatın verdiyi töhfələrini qeyd etdi.

Dünya iqtisadiyyatının artması fossil yanacaqlar sahəsinə investisyalar yatırımı artırmalıdır. Amma təəssüf ki, bu gün bunun əksi olan meyillər müşahidə olunmaqdadır. Ona görə də söhbət zamanı fossil yanacaqların istehsalına yatırılan investisiyaların artırılmasının vacibliyindən danışıldı. Həm də dünyanın enerjiyə artan təlabatının ödənilməsi üçün bərpaolunan enerjisinin istehsalı aktual məsələyə çevrildiyini qeyd olundu.

Azərbaycan bu gün bərpa olunan enerjisinin istehsalı istiqamətində böyük lahiyələr icra etmək əzmindədir. Təbii ki, OPEC ölkələri də bu istiqamətdə işlər görməlidir.
Prezident İlham Əliyev mütəmadi qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi kimi tanınır. OPEC ölkələri də dövlət başçımızın təşəbbüslərini çox yüksək dəyərləndirir”.