“Buna nə haqqınız var?” – General

Ermənistan yenə ən yaxşı bildiyi şeyi – yalanı, ikiüzlülüyü, alçaqlığı və terrorizmi davam etdirir. Bir tərəfdən sərhəddə terror törədirlər, digər tərəfdən Paris merini ölkəyə çağırır və “humanitar böhran” adı altında beynəlxalq təşkilatlarda ağlaşma qururlar, üstəlik Azərbaycanın göndərdiyi yardımı qəbul etmirlər. Bütün bunlar rəsmi İrəvanın və onun arxasındakıların artıq sülh müqaviləsinin imzalanmasını istəmədiyini göstərir.

Bu sözləri Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribat və arxasında duran məqsəd haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General artıq Ermənistanın başına dəmir yumruğun endirilməsinin qaçılmaz olduğunu vurğulayıb:

“Bir tərəfdən Almaniya, digər tərəfdən Fransa xarici işlər nazirləri AB-də Laçın məsələsini müzakirə edir. Axı siz hansı haqla Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə aid olan məsələni AB-də müzakirəyə çıxarırsınız? Buna nə haqqınız var? Fransanın özünün ciddi təhlükəsizlik problemləri olduğu və Parisin zibil içində itib-batdığı bir vaxtda paytaxt merinin İrəvana gəlib beynəlxalq həmlə üçün zəmin hazırlaması ən azı əxlaqsızlıqdır. Görünən odur ki, Azərbaycan növbəti dəfə yenə dəmir yumruğu Ermənistanın başına endirməli olacaq. Bu artıq qaçılmazdır. Azərbaycan sülh yolunu açıq tutmaq üçün hər şeyi edir, ancaq Ermənistan bundan sui-istifadə edərək gündə bir hoqqa çıxarır. Demək ki, artıq qarşı tərəflə anladığı dillə danışmağın vaxtı çatıb. Çünki itirəcək zaman yoxdur. Azərbaycanın beynəlxalq hüquqa görə Ermənistan təcavüzünə misli ilə cavab vermək hüququ var. Azərbaycanı yalnız hesab edənlər də yanlış düşünürlər. Şuşa Bəyannaməsi ortadadır və Türkiyə bütün hallarda və hər zaman qardaşının yanındadır. Hər kəs ağlını başına toplamalı və xam xəyala qapılmamalıdır”.