“Bura pritondur, polisə haqq verirəm”

Otel

Azərbaycanda turizmin inkişafı göz qabağındadır. Gün-gündən modernləşən turizmin, əsas hissəsi hesab edilən hotellər, şəraitləri ilə dünyada hardasa birincilik təşkil edirlər. Beynəlxalq standartlara cavab verən yarışlara ev sahibliyi edən Bakı, bütün qonaqlarını hotellərimizdə hörmətlə və yüksək səviyyədə qarşılayaraq, yola salır hər zaman. Amma təəssüf ki, bu gün elə hotellər də var ki, insanlara guya “xidmət” göstərir, sonda isə onları şantaj edirlər. Belə yaramazlıq edən işbazlardan biri də,  Xocahəsən qəs, guya 3 ulduzlu sayılan “ÇİNARLI” hotelinin icarədarı, əslən Tərtərli olan Namiq adlı şəxsdir.

XALQ.AZ Arazmedia.az-a istinadən xəbər verir ki, bu hoteldə personal müştərilərə çox pis xidmət etməklə yanaşı, onların konstitusyon hüquqlarını da kobudcasına pozurlar. İstifadə olunan heç bir məhsulun adı, hansı ölkədə istehsal olunduğu və istifadə müddəti  göstərilmir. Beynəlxalq hotel qaydalarına əsasən müştərilər axsam saat 10-da hotelə girib, səhər saat 12-də çıxırlar və bu bir gün hesab olunur. Burada isə müştərilər, 70 manatın müqabilində gecə saat 10-da girib, səhər saat 9-da otağı təhvil verirlər. Əgər müştəri saat 9-00-da deyil, bir iki saat da artıq qalmaq istəyirlərsə, o zaman onlardan yarım günün pulunu alırlar, yəni 35 manat. Yarım gün 12 saatdırsa, burada 6 saatdan az müddət yarım gün hesab olunur. İcarədar Namiq isə yaxınlarına ” bura pritondur, polisə haqq verirəm, nə etməliyəm ki deyir?”. Bütün bu özbaşınalıqlar da bir tərəfə qalsın, üstəlik qeyri-qanuni olaraq, otaqlarda müşahidə kameraları quraşdırıb, içəridə baş verənləri həmin müştərilərin ünvanına disk göndərməklə şantaj edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Oqtay Azaflı