Buraxılış imtahanlarının tarixi açıqlandı

 

47

Ümumtəhsil müəssisələrində ümumi və tam orta təhsil səviyyələri üzrə biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının keçirilməsi tarixləri açıqlanıb.

Xalq.az Tələbə Qəbulun üzrə Dövlət Komissiyasına istinadən həmin siyahını sizə təqdim edir:

08.06.2014 – Bakı, Sumqayıt, Abşeron, Rus bölməsi (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən)

13.06.2014 – Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd

18.06.2014 – Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən

24.06.2014 – Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Zaqatala, Mingəçevir

29.06.2014 – Eksternat yolu ilə buraxılış imtahanı

Qeyd edək ki, işğal altında olan Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı, Zəngilan, Ağdam, Füzuli və Xocavənd rayonlarının şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.