Direktor seçkiləri keçirildi

54

 

AMEA Rəyasət Heyətində AMEA Kimya Elmləri bölməsinin ümumi yığıncağı keçirilib.Bölmənin tərkibinə daxil olan AMEA Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya və Polimer Materialları institutlarının direktoru vəzifəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutunun, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutunun direktoru vəzifəsinə seçiliblər.