“Burda oxuyanlar kasıb balaları deyil”

Zahid

“Türk məktəblərində oxuyanlar kasıb balaları deyil”. Bunu Milli Məclisin növbədənkənar iclasında çıxışında Zahid Oruc deyib. O, “Araz” kurslarının bağlanmasından sonra müəyyən problemlərin orataya çıxacağını qeyd edib.

Zahid Orucun sözlərinə görə, liseylərdəkilər müəyyən vəzifə sahiblərinin oğullarıdır. “Sizin, mənim kimi vəzifəlilərin övladlarıdır. Orda yaxşı təhsil verilirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə karyeralarında bu məktəblərdə oxuduqlarına görə maneələlərlə üzləşməməlidirlər”.

Deputat məktəblərin bağlanmamasını Türkiyə ilə bağlamağın düzgün olmadığını da qeyd edib. “Həmin kurslarda çalışan müəllimlərin əleyhinə çıxmaq olmaz. Onlara cəmiyyətdə normal münasibət göstərmək lazımdır. Onları təhsil mühitindən çıxdaş etmək düzgün deyil. Gələcəkdə onların işlə təmin edilməsinə şərait yaratmaq lazımdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qərar qəbul edilibsə, yəqin geniş izahı veriləcək”.