Cəbhə xəttində gərginlik

Cebhe-1

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ağstafa, Füzuli, Ağdam, Tərtər, Goranboy, Cəbrayıl və Göygöl rayonları istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.