Vəhabilərin Qaraçuxurdakı məscidi hədəfə alındı

Mecid

Bakının Qaraçuxur qəsəbəsində yerləşən vəhabi məscidində təftiş başlayıb

XALQ.AZ xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanları Aşurbəy və Badamdardakı sələfi ibadət evlərinin ardınca Qaraçuxurda da əməliyyat planlaşdırır. Artıq bu gün xəbərdarlıq da edilib.

Xəbərdə qeyd olunur ki, əməliyyat tədbirlərinin intesivləşirilməsi nəzərdə tutulub. Qaraçuxurdakı məscid Əbu-Bəkrdən sonra vəhabilərin ən çox toplaşdığı ikinci məsciddir.

Hər gün ibadət vaxtı məscidin içində və qarşısında izdiham yaşanır. Vaxtilə Əbu-Bəkr məscidi qarşısındakı qələbəlik indi Qaraçuxurda müşahidə olunur.

Aşurbəydəki məhdudiyyətdən sonra Qaraçuxura axın çoxalıb. Xəbərlərə görə, məscidin ətrafındakı ticarət köşkləri, iaşə obyektlərinin əksəriyyəti vəhabilərə məxsusdur.