Cəlilabada Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

 

4

Сəlilabad rayonunun ədliyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirinə Azərbaycan xalqının ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət etməklə başladılar. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının və digər təşkilatların nümayəndələri abidə önünə gül dəstələri qoydular, ulu öndərin ruhuna dərin ehtiramlarını bildirdilər.Sonra rayon icra hakimiyətinin binasında bayram tədbiri davam etdi. İcra hakimiyyətinin başçısı Əziz Əzizov ədliyyə işçilərini təbrik etdi, onların uğurlu işlərindən danışdı, sistemdə sağlam mühit yaradıldığını vurğuladı. Qeyd olundu ki, son illərdə Cəlilabadın ədliyyə orqanları böyük uğurlar qazanıblar, rayon vətəndaşları arasında onların nüfuzu xeyli yüksəlib.Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov diqqətə görə minnətdarlıq edərək bundan sonra da qanunçuluğun keşiyində layiqincə daya-nacaqlarını söylədi və ədliyyə sistemində çalışan həmkarlarına, məhkəmə heyətinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdı.