Milli Şurada qalmaqal, Cəmil Həsənliyə verilən vədlər yerinə yetirilmir. 6 oktyabrda mitinq izdihamlı olmasa Cəmil Həsənli namizədliyini geri götürərərək məğlub olduğunu bəyan edəcək.
Prezident seçkilərə sayılı günlər qalıb. Azərbaycanda keçiriləcək Prezident seçkilərinə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Paytaxtda olduğu kimi regionlarda da seçiçilərlə görüşlər keçirilir. Namizədlərin və səlahiyyətli nümayəndələrinin teledebatlarda çıxışları xalqımız tərəfindən maraqla izlənilir. Politoloqların və siyasi ekspertlərin artıq öz təhlillərini bilidriblər.Xalq.az-a etibarlı mənbədən verilən məlumata görə Milli Şura-da artıq sövdələşmələr baş verir. Bir-birilərini həzm etməyən şuranın üzvləri artıq çıxılmaz vəziyyətə düşüblər. Belə ki vahid namizəd məsələsində bir çoxlarının etirazı olsa belə Cəmil Həsənlini seçilməsi uğursuz bir plan kimi göstərilir. Milli Şuranın üzvləri Cəmil Həsənli seçiçilərlə görüşlərindən artıq ümüd bəsləmirlər. Xalq.az verilən məlumata görə şənbə günü İTV-da teledebatdan sonra Cəmil Həsənli Bakıda restoranların birində keçirilən gizli toplantıda namizədliyini geri götürmək istəyini dilə gətirib və Milli Şuranın üzvlərini İqbal Ağazadəyə dəstək olmasını tələb edib. Namizədliyin geri götürməyin səbəbini isə seçkilərdə məğlub olacagını, Musavat və AXC üzvlərinin az olmasından, xalqdan dəstək gəlməməsindən,mitinqdə eyni adamların iştirakından narahatçılğını bildirib Bir sıra müzakirələrdən sonra Cəmil Həsənliyə 6 oktyabr mitinqinə qədər səbr etməyi və başqa planlarını həyata keçirələcəyi müzakirə olunub. Lakin Cəmil Həsənli Milli Şuranın üzvlərinə sonuncu xəbərdarlığını edib, oktyabrın 6 qədər verilən vədləri yerinə yetirilməməsi təqdirində geri çəkiləcəyini bildirib.
/span