YAP-ın təbliğat qurupunun üzvləri lerik seçicililəri ilə görüşləri davam etdirir

03

 

Yeni Azərbaycan Partiyasının(YAP) namizədi İlham Əliyevin təbliğat-təşviqat kompaniyası çərçivəsində YAP Lerik rayon təşkilatı tərəfindən sentyabrın 28-də rayonun Vov, Vənədi və Nısoədi kəndlərində seçicilərlə görüş keçirildi.

Milli Məclisin deputatı İqbal Məmmədov və YAP Lerik rayon təşkilatının seçki qərargahının sədri Elxan Qənbərovun iştirak etdiyi tədbiri giriş sözü ilə açıq elan edən E. Qənbərov açaraq son 10 ildə YAP-nın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılmış, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində həm bölgələrin inkişafı təmin edilmiş, həm də əhalinin məşğulluq problemi həll edilmişdir: “Azərbaycanın ən ucqar rayonları, qəsəbə və kəndləri əsl inkişaf yolu keçib. Yüz minlərlə yeni iş yeri yaradılmış, bu inkişaf rayonumuzdan da yan keçməmişdir. Ucqar kəndlərimizdə 40-dan çox yeni məktəb, səhiyyə və mədəniyyət obyektləri tikilib istifadəyə verilmiş, kənd yollarının çəkilişi davam etdirilir. Bəli, bu gün cənab İlham Əliyev hər bir kəndə rahat yolun çəkilməsi, hər bir vətəndaşın yaxşı yaşaması üçün nə mümkündürsə onu etməyə ürəklə çalışır. Ümumiyyətlə son on ildə Cənab İlham Əliyevin qayğı və diqqəti nəticəsində rayonumuzda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli yaşayış binaları və fərdi evlər tikilmiş və kəndara yollarında təmir işləri aparılmışdır. Qum-çınqıl və kərpic zavodu, Broyler quşçuluq müəssisəsi yaradılmış yüzlərlə lerikli işlə təmin edilmişdir. Turizmin inkişafı rayonumuzun iqtisadiyyatının yüksəlməsində mühüm rol oynayır. Cənab İlham Əliyevin tapşırığı ilə rayonumuzun elektrik təsərrüfatı yenilənir. 17 Mvt gücündə modul tipli elektrik stansiyası tikilir. Lerik şəhərində ilk dəfə olasraq kanaliozasiya şəbəkəsi qurulur, şəhər əhalisinin fasiləsiz içməli su ilə təmin etmək məqsədilə yeni su xətti çəkilir, şəhərdaxili xətlər yenilənir. Bunaları sadalamaqda məqsədim odur ki, hamı

bilməlidir ki, bütün bu iri layihələr dövlətimizin, xüsusilə cənab İlham Əliyevin rayonumuza olan yüksək qayğı və diqqəti ilə icra edilir. Ona görə də mən Azərbaycanın gələcək inkişafı, dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə hamınızı 9 oktyabrda keçiriləcək Prezident seçkilərində ailəliklə məntəqələrə gedərək İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirəm”.

Sonra Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək Azərbaycanın cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımladığını qeyd etdi: “İqtisadi inkişaf tempinə görə MDB məkanında birinci yerdədir. Rəqabət qabiliyyətliliyinə görə dünyanın 146 ölkəsi arasında 39-cu yerdədir. Təkcə ötən illə müqayisədə bu il dövlətimiz 7 pillə irəliləmişdir. Bütün bu sadaladığım uğurları təkcə bizim iqtisadçılar demir. Bunu dünyanın ən nüfuzlu maliyyə təşkilatları öz hesabatlarında qeyd edirlər. Həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir ki, son on ildə büdcə gəlirləri, valyuta ehtiyatımız, əmək haqları və pensiyalar dəfələrlə artıb. Azərbaycan artıq borc alan ölkədən, borc verən, qonşu ölkələrdə investisiya layihələri həyata keçirən ölkəyə çevrilib. Bu gün regionlarımız sürətlə inkişaf edir, dəyişir, gözəlləşir. Bunu hər birimiz görürük. Təkcə Lerikin inkişafına son illər milyonlarla vəsait ayrılıb. 40-dan çox yeni məktəb binası tikilib, kəndarası yolların tikintisinə büdcədən vəsait ayrılıb. Son illər 3 dəfə rayonumuza səfər edən cənab İlham Əliyev hər dəfə rayonun sürətli inkişafını təmin edən layihələrtin açılışında iştirak edib. Bu qayğı və diqqət bu gündə davam edir. Cənab İlham Əliyevin titanik fəaliyyəti ilə əldə olunan bu nailiyyətlər dövlətimizin beynəlxalq nüfuzunun güclənməsini də təmin etmişdir. 22 illik müstəqillik tarixi olan Azərbaycan dövləti 2011-ci ildə dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT təhlükəsizlik Şurasına qeyri daimi üzv çeçildi. Oktyabr ayının 1-dən artıq ikinci dəfə dövlətimiz bu nüfuzlu quruma sədrlik edəcək. Bu hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Azərbaycanın gələcək inkişafını daha da möhkəmləndirmək, təmin etmək labüddür ki, düşmən əsarətində olan torpaqlarımız azad olunsun. Bunun üçün növbəti 5 ildə də cənab İlham Əliyevi Prezident görmək hər bir vətənini sevən insanın arzusudur. Bu

arzunu gerçəkləşdirmək üçün hər birinizi 9 oktyabrda xalqımızın layiqli oğlu, dövlətçiliyimizin və gələcəyimizin təminatçısı olan Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıram”.

Tədbir iştirakçılarından Muradəli Hüseynov, Hüseynov Hüseynağa, Paşa Allahverdiyev və başqaları çıxış edərək həmişə xalqın qayğısına qalan ulu öndərin layiqli davamçısı, Prezidentliyə YAP-nın namizədi olan İlham Əliyevin bu gün alternativsiz bir namizəd olduğunu, bütün xalqımızın yalnız ona səs verəcəyini bildirdilər. Son illər Respublikanın hər yerində olduğu kimi Lerik rayonunda da aparılan tikinti-quruculuq, abadlıq işləri, əmək haqları və pensiyaların artırılmasına görə minnətdarlıqlarını bildirdilər və 9 oktyabrda da yekdilliklə İlham Əliyevə səs verəcəklərini qeyd etdilər.