Cəmil Məmmədli həbs olundu

Qubada fəaliyyət göstərən tanınmış jurnalist Cəmil Məmmədli həbs olunub.
Bu barədə bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda qərar çıxarıb.
Məhkəmənin qərarlna əsasən, C.Məmmədli 3 ay müddətinə həbs edilib.
Qeyd edək ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Cəmil Məmmədli bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyib.