Lənkəranda özbaşınalıq- Qanunsuz aparılan qazıntı poçtun fəaliyyətini dayandırdı?

Lənkəranın Füzuli küçəsi, 7 ünvanında tikilən yaşayış binasına görə poçtun ərazisinə qanunsuz müdaxilə olub.

Binanın arxasındakı poçt şöbəsinin həyətində icazəsiz və qanunsuz şəkildə qazıntı aparılıb. Hadisə istirahət günü, yəni hamıdan gizlin həyata keçirilib. Bazar ertəsi poçt işə başlayanda məlum olub ki, qazıntı rabitə xətlərini zədələyib. Nəticədə Lənkəranın 2 saylı, 4202 nömrəli poçtunun fəaliyyəti iflic olub. Xəbərə görə, hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır. Tikintiyə Hünər Hadızadə və Hikmət Əsədov adlı şəxslər rəhbərlik edirlər. Bildirilir ki, Lənkəranın icra başçısı Taleh Qaraşovu razı salmaq bu iki şəxsin iradəsi çatan məsələ deyil. İddialara görə, həmin tikintinin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oğlu dayanır.

Lənkəran İcra Hakimiyyətinin və adı keçən tərəfin mövqeyini dəqiqləşdirməyə hazırıq.

 

Cumhuriyyet.net

 

 

cumhuriyyet.net