Cəmiyyətdən qovulmuşlar

kok

Artıq çəkisinə görə insanların utandırılması onların arıqlamasına deyil, əksinə onların bir neçə kiloqram kökəlməsinə gətirə bilər- deyə London Universitet Kollecinin (UCL) alimləri bildirirlər.

XALQ.AZ-ın məlumatına görə, onlar dörd il ərzində 3 min nəfər könüllü eksperiment iştirakçıları üzərində tədqiqat aparıblar. Nəticədə, artıq çəkilərinə görə daima danlanan eksperiment iştirakçıları əlavə çəki əldə edib, belə qınaqlara məruz qalmayanlar isə eyni çəkidə qalıblar.

Alimlər bildiriblər ki, qınanan adamların əlavə çəki qazanması barədə dəlil olmasa da, onların neqativ münasibət ucbatından daha çox yeməyə başlaması məlumdir.

“Obesity” jurnalında dərc edilmiş tədqiqat müəllifləri çəkiləri normal və normaldan yuxarı olan 50 yaşı ötmüş insanlara nəzarət ediblər.

Onlardan çəkilərilə bağlı istehza, hörmətsizlik, mağazalarda pis xidmət kimi ayrı-seçkiliyə məruz qalma halları barədə soruşublar.

Sorğu iştirakçılarının 20-də biri təhqirə məruz qaldığını bildirib. Daha artıq piylənmədən əziyyət çəkənlər arasında isə ayrı-seçkiliyə məruz qaldığını hər üçüncü şəxs deyib.

Pis münasibətlə üzləşdiklərini bildirən bütün çəki kateqoriyalarından olan insanların çəkisi dörd il ərzində təxminən 1 kiloqram artıb.

Neqativ münasibətlə qarşılaşmayanlar isə təxminən 0,7 kiloqram arıqlayıblar.

Buna əsasən, təhqiqatçılar ehtimal ediblər ki, dolğun insanları arıqlamağa sövq etmək məqsədilə utandırmaq lazım deyil, çünki bu, əks nəticəyə gətirə bilər.

Onlar hesab edirlər ki, belə insanlara dəstək verib, həvəsləndirmək daha səmərəlidir.

Layihənin rəhbərinə əsasən çəkilə bağlı ayrı-seçkiliyə yol vermək olmaz çünki qınanan insanlar təsəlli üçün daha artıq yediklərini bildirirlər.

“Ayrı-seçkilik stressi nəticəsində iştaha arta bilər”, – deyir Sara Cekson.

Onun sözlərinə görə bu həmçinin özünə inam hissinin azalması ilə bağlı fiziki aktivlikdən yayınmaq istəyinə səbəb ola bilər.