Premyer Liqada dramatik matç

Futbol-1

İngiltərə Premyer Liqasında IV turun oyunları keçirilir.

XALQ.AZ-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında “Arsenal” “Mançester Siti”ni qəbul edib.

Hesabı 28-ci dəqiqədə Serxio Aquero açıb.

63-cü dəqiqədə Juk Uilşere bərabərliyi təmin edib. 11 dəqiqə sonra Aleksis Sançes “Arsenal”ı hesabda önə keçirib.

83-cü dəqiqədə isə Martin Demiçelis matçın yekun nəticəsini müəyyənləşdirib – 2:2.