Cənub bölgəsində prezident seçkiləri yüksək səviyyədə keçirilib

 

8

Oktyabrın 9-da cənub bölgəsində də prezident seçkiləri yüksək səviyyədə başa çatmışdır.
AzərTAc xəbər verir ki, seçki məntəqələrində öz namizədlərinə səs verən seçicilər seçkilərin azad, demokratik və şəffaf keçməsi üçün yaradılan şəraitdən razılıqlarını bildirmişlər.
Bölgədə səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləmişlər.
Cənub bölgəsində səsvermənin son nəticələrinə görə, 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 38 min 780 seçicidən 28 min 211 nəfəri (72,7 faiz), 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 38 min 810 seçicidən 28 min 206 nəfəri (72,6 faiz), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə 37 min 825 seçicidən 29 min 334 nəfəri (77,55 faiz), 70 saylı Masallı şəhər seçki dairəsi üzrə 38 min 99 seçicidən 29 min 279 nəfəri (76,85 faiz), 71 saylı Masallı kənd seçki dairəsi üzrə 33 min 100 seçicidən 26 min 23 nəfəri (78,6 faiz), 72 saylı Yardımlı-Masallı seçki dairəsi üzrə 37 min 615 seçicidən 29 min 296 nəfəri (77,8 faiz), 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 35 min 630 seçicidən 25 min 781 nəfəri (72,3 faiz), 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə 33 min 795 seçicidən 26 min 661 nəfəri (78,8 faiz), 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə 37 min 848 seçicidən 30 min 292 nəfəri (80,4 faiz), 76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə 35 min 338 seçicidən 27 min 357 nəfəri (77,4 faiz), 77 saylı Astara seçki dairəsi üzrə 37 min 408 seçicidən 28 min 664 nəfəri (76,6 faiz), 78 saylı Lerik seçki dairəsi üzrə 29 min 835 seçicidən 23 min 95 nəfəri (77,4 faiz) səsvermədə iştirak etmişdir.