Cavanşir Məmmədov Xəzər TV-də tamaşaçılara 100 manat rüşvət vəd edib?

Ötən gün “Xəzər” TV-nin efirində yayımlanan, Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” verilişində daha bir qalmaqal yaşanıb.
XALQ.AZ xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, Əməkdar artist Cavanşir Məmmədovun tamaşaçılara onun tərəfini saxlamaları üçün 100 manat təklif etdiyi iddia olunur. Əməkdar artist iddiaların əsassız olduğunu bildirib.
Müğənni qeyd edib ki, “Əgər pulum geri qayıtsa, onu səpələyərəm ifadəsini işlətmişəm”.
Qeyd edək ki, C.Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Əməkdar artist iddia edib ki, K.Mustafa ondan 13 000 manat və 126 500 ABŞ dolları alıb və geri qaytarmayıb. K.Mustafa barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə K.Mustafaya CM-in 147-ci maddəsi (böhtan) üzrə bəraət verib. O, CM-in 148-ci (təhqir) maddəsi üzrə təqsirli bilinərək 1 000 manat cərimə edilib.
Xatırladaq ki, Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında eyni verilişdə bundan öncə də gərgin anlar yaşanmışdı. Belə ki, C.Məmmədov keçmiş kürəkəni Kemal Mustafa İbilinin kiminsə tapşırığı ilə “Təsir dairəsi” verilişinə çıxdığını, buna görə aparıcının rüşvət aldığını iddia etmişdi.
di.