Cavid Osmanov “Şəxsi ambisiyalarına görə sadiqliyinə üz döndərənləri xalq tanıyır”

 

Prezident İlham Əliyevin növbəti humanistliyi nəticəsində imzaladığı əfv sərəncamı ilə minlərlə ailələrə sevinc bəxş etdi. Xalqa qarşı çıxanlar  öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək şəxsi ambisiyalarına görə sadiqliyinə üz döndərənlərdə ölkə başçısının mərhəməti nəticəsində azadlıq əldə etdilər.Milli Məclisin deputatı Cavid Osmanov XALQ.AZ-a bildirib ki, Əli İnsnaovun üzərindən  həbsxana qoxusu  getməmiş sərsəm açıqlamalar verdi. Sual olunur  14 ildə harada idi ABŞ? Niyə gəlib azad etmirdi bu 14 ildə Əli  İnsanovu? Əli İnsanov  prezident İlham Əliyevin humanist addımı ilə azadlığa çıxıb, ancaq o hələ də mərhum Heydər Əliyevin məzarını ziyarət etməyib. Bu faktın özü onun hansı əxlaq sahibi olduğunu nümayiş etdirir. İnsanovun üzərində Heydər Əliyevin böyük haqqı var. Əli İnsanov heç zaman qərbi azərbaycanlıların lideri ola bilməz və bundan sonra da olmayacaq:” Adlarını ziyalı qoyurlar. Bir iki nəfər var ki, İnsanovdan pul qopartmaq üçün düşüblər ortalığa. Qərbi azərbaycanlı faktorunu qabardırlar.

Belə sərsəm addımlar artıq geridə qalıb müstəqil Azərbaycan artıq beynəlxalq lahiyələrin icracısıdır. Inkişaf etmiş ölkələrlə bir sırada addımlayan Azərbaycanımıza xələl gətirənləri xalq yaxşı tanıyır. ABŞ, istərsə qərb ölkə başçısının hər bir addımını alqışlayır, vətəndaşlarımızın sosial-rifahının yaxşılaşması və ölkəmizdə firavanlıq və sabitliyin olması buna əyani subutdur.

O ki qaldı Əli İnsanovun siyasətə qalacağını deməsi heç nəyi dəyişməyəcək. Amma həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətdən danışmaq siyasətçi olub olmadığını açıq göstərdi.