Şeyxülislam Çeçenistana gedir

Allahşükür Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə gedəcək.

İdarədən verilən məlumata görə, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə həyata keçirilir.

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carcısıdır” adlı beynəlxalq dini konfransda iştirak edəcəkdir.

A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlar ilə görüşlər keçirəcək.

 

Orxan