Cavid Qurbanovu əvəz edəcək şəxs məlum oldu – FOTO

Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə müvəqqəti rəhbərlik edəcək şəxs müəyyənləşib.

Xalq.az-ın Gununsesi.info-ya istinadən verdiyi xəbərinə görə, bu, Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur. Qeyd edək ki, ADY-nin rəhbəri Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunduğundan bu vəzifə boş qalıb.