İqor Dodon məhkəməyə aparıldı – Video

Moldovanın keçmiş Prezidenti İqor Dodon məhkəməyə aparılıb.

Xalq.az  “TASS”a istinadən xəbər verir ki, məhkəmədə Dodonun 30 sutka müddətinə həbs edilməsi ilə bağlı prokurorların vəsatətinə baxılacaq. Xatırladaq ki, İqor Dodon mayın 24-ü ölkənin Cinayət Məcəlləsinin 4 maddəsi əsasında başladılan cinayət işi çərçivəsində 72 saat müddətinə saxlanılıb. Sabiq Prezidentin və qohumlarının evində axtarışlar aparılıb. Dodon korrupsiya və dövlətə xəyanətdə ittiham olunur.