Çavuşoğlu Fələstində səfərdədir – Foto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfər edib.

Xalq.az xəbər verir ki, bu barədə məlumatı Çavuşoğlu öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə və Fələstin Xarici İşlər Nazirlərinin Birgə Komitəsinin ikinci iclasında iştirak edəcək. Çavuşoğlu, həmçinin Fələstində ikitərəfli görüşlər də keçirəcək.