Cennifer Lopez daha bir yerini sığortaladı

Jenifer

45 yaşlı, 2 əkiz uşaq anası Cenifer Lopez növbəti bomba kimi partlayış efekti yaradan xəbəri media ilə bölüşüb.

XALQ.AZ-ın məlumatıan görə, amerikalı populyar müğənni və aktrisa, Cennifer Lopez beynəlxalq “Formula-1” avtoçempionatının Sinqapurdakı Qran-Pri mərhələsinin təntənəli açılış mərasimində səhnəyə çıxıb.

45 yaşlı “Cey Lo” 90 dəqiqəlik çıxışında ən son mahnıları ilə yanaşı, illərdir aktuallığını qoruyan hitlərini də ifa edib. Konsert boyu pop ifaçı iddialı səhnə geyimi və rəqsləri ilə də diqqəti özünə cəmləyə bilib. Çıxışı sonrası Cenifer Lopez jurnalistlərə baldırlarını yenidən sığortaladığını söyləyib. Cey Lonun sığortalanmış baldırlarının qiyməti 27 milyon dollardır.