“CF KRİSTAL”-ın halallıq razılaşması

 

16

“Orxan SS” İstehsal-Kommersiya Firması alıcıları aldadırmış. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Orxan SS” İstehsal-Kommersiya Firmasında aparılan yoxlamalar nəticəsində məlum olub ki, “CF-KRİSTAL” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və etiketlərində yalan məlumat yerləşdirilib. İqtisadiyyat və sənaye Nazirıiyindən verilən məlumata görə, həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “ Vetçina ”“Servelat Xəzər”, “Kristal Həvəskar”, “Pəhriz” “Ukrainskaya kopçennaya” kolbasalarının və “Təndir” sosiskasının etiketində məhsulların halal olması yazılsa da onların tərkibində donuz əti və piyi olması aşkarlanıb.

Bundan başqa, “Ukrainskaya kopçennaya” kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi, “Servelat” kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.

Eyni zamanda, “Baranina”, ”Vetçina” “Pəhriz” “Kristal Həvəskar”, “Servelat Xəzər”, “Doktorskaya”, “Krakovskaya”, “Oxotniciye”, “Pəhriz”, “Servelat” və “Solyami” kolbasaları və “Təndir” sosiskalarının istehsalında mal əti əvəzinə camış ətindən istifadə edildiyi məlum olub.

“Orxan SS” İstehsal-Kommersiya Firması barəsində  qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməyib. Belə ki, bir müddət əvvəl KİV-də yayılan məlumat doğru olduğu təsdiqlənib. Verilən məlumata görə şirkət rəhbərliyi dövlət qurumları ilə “HALAL” sertifikatı barədə razılaşa bilməsədə öz fəaliyyətini davam etdirməkdədir. Bu halda istehsal etdiyi  məhsullar şəhərin və bölgələrin marketlərində eyni qaydada satışı həyata keçirilir və alıcılar  bu məhsuldan istifadə edirlər. Lakin istehsalçı bu barədə heç bir açıqlama vermir.

 

Araşdıramalarımız davam edir

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.