Şıx çimərliyində dəhşət

 

25

Bakının Səbail rayonu ərazisində, Şıx çimərliyində naməlum kişi meyidi tapılıb.

Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, təxmini yaşı 50-55 olan kişi meyidi tanınmaz halda olub. Meyidi dənizdə çimənlər tapıblar.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı müəyyən olub ki, meyidin belində iplə bağlanan daş olub. Ehtimal olunur ki, həmin şəxs özünü öldürmək üçün bu üsuldan istifadə edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.