Çin məmurlarının vəhşi əyləncəsi – (VİDEO)

Çinin məşhur “Safari Parkı” adlanan zooparkında məmurların əyləncə ilə izlədiyi dəhşətli hadisə ortaya çıxıb.

Yeniyetmə uşaqların bəslədiyi keçilər 6 metr hündürlükdən aslan sürüsünün ortasına atılır. Bu mənzərəni seyr edən Çinin yüksək vəzifəli şəxsləri baş verən vəhşilikdən zövq alaraq həvəslə aslanların keçiləri parçalamasına tamaşa edirlər.

Buna bənzər digər bir hadisə Çinin “Sibir pələngi” adlanan meşə parkında baş verib. Orada isə inəkləri diri-diri pələnglərə yedizdiriblər