Ayağına əl birləşdirilmiş insan – (FOTO)

A-3

Çində qəribə hadisə baş verib. XALQ.AZ xəbər verir ki, çinli gənc oğlan keçirdiyi qəzadan sonra əlini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Lakin həkimlər buna çarə tapıblar.

Çin həkimləri dünyada az rast gəlinən müalicə metoduna əl atmaq məcburiyyətində qalıblar. Belə ki, həkimlər oğlanın kəsilmiş əlində toxumaların yenidən bərpa olunması üçün həmin əlini əməliyyatla ayağına birləşdiriblər.

Həkimlərin açıqlamasına görə, gəncin əli ayağına birləşdirilməyəcəyi təqdirdə çürüyə bilər.

Qeyd edək ki, həkimlər bir müddətdən sonra ayağa birləşdirilmiş əli yenidən kəsib öz yerinə qaytaracaqlarını bildiriblər.

A-3

A-4

A-5