Masallıda pula görə baltalanma

Balta
Masallı rayonunda baltalanma cinayəti baş verib. Bu barədə Masallı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb. Naməlum şəxs Azər Babayevə baş nahiyəsindən baltanın küt hissəsi ilə xəsarət yetirib və 400 manat pulunu alıb. Cinayəti törədən şəxs pulu götürərək qaçmağa cəhd edib.   Azər Babayev yaralı olmasına baxmayaraq, cinayəti törədən şəxsi təqib etməyə başlayıb. Nəticədə cinayəti törədən şəxs götürdüyü pulu və baltanı ataraq qaçıb.    Hadisə ilə bağlı Masallı rayon Polis Şöbəsinə məlumat verilib. Məlumat əsasında əməliyyat keçirilib və cinayəti törədənin rayonun Musaküçə kənd sakini Osman Eynullazadə olduğu müəyyən olunub. O, həbs edilib.