Cinayətkarların fırıldağı

Pul-1

Fransada külli miqdarda vəsaiti talan etdiyi iddia olunan 2 mərkəzi bank əməkdaşı həbs olunub.
XALQ.AZ-ın məlumatına görə, onlar dövriyyədən çıxarılmış və ləğv olunması nəzərdə tutulan 2 milyon avroya yaxın əskinazı oğurlamaqda şübhəli bilinir.
Hüquq-mühafizə orqanları axtarış zamanı onlara məxsus daşınmaz əmlakların birində torpağa gizlədilmiş şəkildə 1.3 milyon avro aşkarlayıb. Qalan 500 min avronun isə bank əməkdaşının bağında yerin altında gizlədildiyi ehtimal edilir.

İlkin istintaqa görə, əskinazların müəyyən qismini onlar yandırıb. Hər iki şübhəli bank əməkdaşı polis nəzarətinə götürülüb.

Fransa polisi eyni zamanda onların həyat yoldaşlarından ifadə aldıqdan sonra buraxıb.

Qeyd edək ki, bundan əvvəl avqust ayında Fransa Mərkəzi Bankında köhnə istifadəyə yararsız avrolarla dolu bağlamalar yoxa çıxdıqdan sonra 2 işçi bankdan qovulmuşdu.