Cübbəli Əhməd “WhatsApp”a da “mız” qoydu

cubbeli

Türkiyənin tanınmış din alimi Cübbəli Əhməd xoca kimi tanınan Əhməd Mahmud Ünlü bu dəfəki moizəsində qadınların mobil telefonla istifadə etməsi məsələsinə toxunub.

XALQ.AZ-ın məlumatına görə, Türkiyədə kifayət qədər tanınan din alimi Cübbəli Əhməd qadınların mobil telefondan istifadə etməsini tənqid edib.

“Bir mobil telefonu götürək, onda internet varsa, deməli dünyanın bütün günahları həmin şeydə toplanıb. Tık-tık istədiyinlə mesajlaş, istədiyinə ürəyindən gələni yaz, istəmədiyin adama söy və əxlaqsız saytlara gir və s. Əgər mobil telefon keçmiş ümmətdə də olsaydı övliya ola bilməzdilər. Günah qutusudur o. ” – deyə Cübbəli Əhməd xoca bildirib.

Cübbəli bundan başqa, “WhatsApp”dan da söz açıb. O, bu messenceri biabırçılıq adlandırıb: “Hamı bir-birinin nəyi varsa bilir, öyrənir. Belə şey olar? Adamın bir məhrəmi olmalıdır. Ümumiyyətlə, qadınların nə işi var internetdə? Hələ üstəlik şəkillər də yükləyirlər.”

Xatırladaq ki, din xadimi bir müddət əvvəl moizələrinin birində “Instagram” istifadəçilərinin kafe və resoranlarda, gəzintilərdə və digər yerlərdə yemək yeyərkən çəkdirdikləri şəkilləri paylaşmalarını pisləmişdi.