“City construction group” yaşıllığı niyə məhv edib

“City construction group” MMC-yə inzibati protokol yazılıb.

XALQ.Az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci (Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun icraatındadır. Baxış iclası aprelin 1-də keçiriləcək.