Deputat MDB PA-nın iclasında iştirak edəcək

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Arzu Nağıyev  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərdədir

XALQ.AZ xəbər verir ki, millət vəkili səfər çərçivəsində MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyasının, həmçinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcək