Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – VİDEO

Şagird və valideynlərin qarşısında çıxış edən orta məktəb direktoru 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə 24 günlük müharibə edib.

Araşdırmalara görə, 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyən Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır.

Məlumata görə, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

1950-ci il təvəllüdlü Bənövşə Cəfərovanın 71 yaşı var.

Sosial şəbəkələrdə bu çıxışına görə məktəb direktoru tənqid edilib.

Qeyd edək ki, 217 saylı orta məktəbdən mütəmadi olaraq sosial şəbəkələrdə məkumatlar paylaşılır Valideynlər yazırlar ki, məktəbdə uşaqlardan fond pulu, süpurgə pulu, müxtəlif test kitabçalarının satılması adı altında hər ay pul yığılır. Valideynlərin şikayətinə baxmayaraq direktor Bənövşə Cəfərova heç bir tədbir görmür. 

Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər

XALQ.AZ