Çörək zavodunda partlayış olub

Partlayish

Xalq.az xəbər verir ki, Beyləqan rayonunda çörək zavodunda partlayış olub.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, qaz sızmasının səbəb olduğu partlayış nəticəsində zavodun işçiləri – 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır