Çörəyin içindən telefon çıxdı (FOTO)

Corek

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

XALQ.AZ-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, hadisə Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində baş verib.

Belə ki, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, Tərtər şəhəri, Q.Mehdiyev küç. 3 ünvanında yaşayan vətəndaş Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zaman onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Corek