Toydan arvadı ilə qayıdan kişi qəza törətdi

qeza-1

Ötən gün axşam saatlarında Qaxda yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının, Qax rayonu Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomobili içkili idarə edən 53 yaşlı Vahid Mustafayev Qax rayonu istiqamətində hərəkətdə olarkən, yolun kənarında dayanan “VAZ-2106” markalı avtomobili vurub. İdarəetməni itirən sürücü, daha sonra avtomobili yolun kənarındakı kanala aşırıb. Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Sürücünün həyat yoldaşı 51 yaşlı Cəmilə Mustafayeva müxtəlif növ bədən xəsarətləri alıb. Xəsarət alan qadın dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, qəzaya düşən qadının bədəninin müxtəlif yerlərində, əziklər aşkarlanıb. Onun cərrahiyyə şöbəsində müalicəsi davam edir.

Qeyd edək ki, qəzaya düşən ər və arvad Qax rayonuna qonaq gəliblər. Hadisə baş verən zaman isə onlar yaşadıqları Gəncə şəhərinə qayıdırlarmış. Sürücünün həyat yoldaşının sözlərinə görə, əri qonaqlıqda spirtli içki qəbul edib.

Faktla bağlı araşdırma aparılır.