COVID-19 pandemiyası RƏSMİ olaraq bitdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası statusunu ləğv edib.

Bu barədə təşkilatın baş katibi Tedros Adhanom Qebreyesus məlumat verib.

ÜST rəhbəri bildirib ki, pandemiyanın başlanğıcından bəri ən azı 20 milyon insan COVID-19 virusundan dünyasını dəyişib.

Xatırladaq ki, təşkilat 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.