Dəhşətli zəlzələdə ölənlər arasında azərbaycanlı olub?

Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Səfirlikdən XALQ.AZ-a verilən məlumata görə, hadisədən dərhal sonra qurulan “qaynar xətt”lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar. “Qaynar xətt”ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil deyil.

Əlaqə nömrəsi: 00905526792565.

“Qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.