Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

Türkiyənin şərqindəki Elazığ vilayətində yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.


XALQ.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətin baş verdiyi Elazığ və Malatya vilayətlərinə çox sayda ağır texnika cəlb olunub.