Dələduz “jurnalit”-i sizdə tanıyın

1
Dosye.az xəbər verir ki, son günlər mətbuatın adından istifadə edən bəzi “jurnalistlər” idarə, müəssisə və orta məktəblərə gedərək öz qara niyyətlərini həyata keçirməyə çalışırlar. Etiraf edək ki, Mətbuat Şurası bu məsələni daim gündəmdə saxlayır. Lakin qara niyytəli bu tip cinayətkarlar hüquq mühafizə orqanları tərəfindən də məsüliyyətə cəlb edilmirlər. Götürək “Yeni Şans” qəzetini. Qeyd edilən qəzet Ədliyyə Nazirliyindən qeydiyyatdan keçsədə bu günə kimi işıq üzü görməmişdir. Qəzetin baş redaktoru Külşad Vəliyev təsis etdiyi qəzetin adından “fəxri diplom” , ” Ziyalı İnsan” , “Şəfalı Əllər” və bu kimi adlar altında idarə rəislərini , həkimləri və digər ziyalıları “mukafatlandırır”. Daxil olan informasiyaya görə Külşad Vəliyev bir neçə vətəndaşdan da pul alaraq onları işlə təmin edəcəkləri söyləyib. Araşdırmalar zamanı məlum oldu ki, “Yeni Şans” qəzetinin baş redaktoru Külşad Vəliyev sərxoş halda idarə rəhbərlərini şantaj edir.

Dosye.az olaraq bir daha nəzərinizə çatdırır ki, jurnalistikada dələduzlar kifayət qədərdir. Bütün dövlət idarə rəislərinin nəzərinə çatdırmaq istəyirik ki, jurnalist adından istifadə edən Külşad Vəliyevi yaxından tanısınlar. Mözüya yenidən qayıdacayıq.