Dəmir fəhlənin ürəyinə sancıldı

Fehle

Bakının Nəsimi rayonu ərazisində fəhlə faciəvi şəkildə dünyasını dəyişib. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsindən verilən məlumata görə, Həsən Əliyev küçəsində tikilən hündürmərtəbəli binada fəhlə işləyən 1955-ci il təvəllüdlü Süleyman Sofqulu oğlu Səfquliyev hündürlükdən yıxılıb.

Yerdə olan dəmir armatur onun bədənina girib.
Fəhlə hadisə yerindəcə ölüb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı 20-ci polis bölməsində araşdırma aparılır.