Dənizdə batan şəxslər xilas edilib

Deniz

Bu gün dənizdə batan 2 nəfər xilas olunub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər rayonunda (“Zağulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Daha bir nəfər isə Sumqayıt şəhəri ərazisində dənizdə (“Corat” sularda xilasetmə məntəqəsindən, təxminən, 1200 m sağa, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşib, onun da köməyinə xilasediclər çatıb.