Dərmanın qiymətini bir gündə ikiqat artırırlar – Deputat

Qiymətlər günü-gündən artır. Dünən bir dərman alırsan, bu gün görürsən ki, həmin dərmanın qiyməti iki qatına çıxıb.

Xalq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

Dərmanların bahalaşmasından şikayətlənən deputat dövlət qurumlarını bunun qarşısını almağa çağırıb:

“Bunun qarşısını almaq lazımdır. Mənim təklifim budur ki, bəzi dövlət qurumlarını bura dəvət etməliyik. Onlardan soruşmaq lazımdır ki, fikirləri nədir, nə etmək istəyirlər? Onlar hara baxırlar, Səhiyyə Nazirliyinə dərman qiymətinin artımı ilə bağlı zəng edirsən, deyirlər ki, bu işə Tarif Şurası baxır. İndi biz bununla bağlı kimə müraciət etməliyik?”.