Deputatlar büdcənin icrasını müzakirə edəcəklər

Milli Məclisdə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xalq.az xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin illik planında qeyd olunub.

Eyni zamanda bu il “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi də müzakirə olunacaq.