Dərnək üzvləri Quba Soyqırım Memorial Kompleksində

Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri Quba Soyqırım Memorial Kompleksini ziyarət ediblər.

Qonaqlara XX əsrin ən dəhşətli soyqırımlarından olan və bolşevik-erməni quldurları tərəfindən törədilən Quba soyqırımı haqqında məlumat verilmişdir.

Bildirilmişdi ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmiş, bu bölgədə olan etnik azərbaycanlılar, ləzgilər, tatlar və yəhudilər kütləvi şəkildə qətlə yetirilmişdir.

Lakin 1918-ci ilin qırğınları Quba ilə yanaşı, Bakı, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə də kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və yerlə yeksan edilib.