“Əsl humanitar fəlakət Ermənistanın və onun idarə etdiyi separatçı rejimin bu regionda mövcudluğudur” – Deputat

“Ermənistanın terrorçu mahiyyəti hər gün daha qabarıq şəkildə özünü göstərir. Bu dəfə işğalçı ölkə terrorun ən iyrənc formasına əl atıb. Ermənistan silahlı qüvvələrinin və marionet rejimin qanunsuz qüvvələri məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə edir”. Bu sözləri deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu davranış humanitar hüququn ən iyrənc formada pozulmasıdır: “Ümumiyyətlə, Ermənistan müharibənin başa çatmasından ötən 3 il ərzində yalnız aqressiv davranışlar sərgiləməkdədir. Danışıqlar masasında bu ölkənin baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də təxtibatçı addımların ardı-arası kəsilmir. Təsadüfi deyil ki, mina terrorunun davam etməsi nəticəsində 300-dən çox azərbaycanlı minanın qurbanı olub. Bu rəqəmlərin getdikcə daha da artacağı istisna edilmir. Çünki dəqiq mina xəritələri bu günə qədər Azərbaycana təhvil verilməyib”.

Deputat sözlərinə belə davam edib: “30 illik işğal dövründə də Ermənistan mülki əhaliyə qarşı ən qəddar formada terror həyata keçirirdi. Azyaşlı uşaqlar ya erməni snayperinin qurbanı olurdu, ya da xüsusi oyuncağa quraşdırılmış partlayıcı qurğuların partlaması nəticəsində həyatını itirirdi. Bu gün isə heyvanlardan Azərbaycana qarşı terror vasitəsi kimi istifadə etmək heç bir əxlaqa sığmır. Birinci Qarabağ müharibəsinin şahidləri də bildirir ki, ermənilər mülki azərbaycanlıları amansızcasına qətlə yetirdikdən sonra həmin ərazilərdə hətta heyvanları da xüsusi qəddarlıqla tələf edirdilər. Bu gün itlərdən canlı bomba kimi istifadə etmək erməni xislətinin dəyişmədiyini bir daha təsdiqləyir. Bu xislətə malik olan ölkənin bu gün “humanitar fəlakət”dən gileylənməsi heç bir məntiqə sığmır. Əsl humanitar fəlakət Ermənistanın və onun idarə etdiyi separatçı rejimin bu regionda mövcudluğudur”.