Deputat: “Biz, hələlik hadisələrə səbirlə, dözümlü yanaşırıq”

Sentyabrın 9-da Xankəndində qondarma “prezident seçkiləri”i keçirilib.

Bununla bağlı  Nəsib Məhəməliyev bildirib ki, Xankəndində keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır:

“Keçirilən seçkilər bölgədə mövcud olan gərginliyin daha da artmasına səbəb olacaq. Bütün beynəlxalq təşkilatlar, dövlətlər Qarabağı Azərbaycanın tərkib hissəsi, suveren ərazisi olaraq tanıyır. Təbii ki, orada Azərbaycan qanunvericiliyindən kənar, hər hansı seçki və yaxud siyasi tədbir keçirilə bilməz. Bu hadisə bir daha göstərir ki, Ermənistan, Qarabağdakı separatçılar və onların havadarlarının korporativ maraqları, sivil qanunlardan üstündür. Təəssüf ki, ermənilər törətdikləri cinayətin ağır nəticələrə səbəb olacağının fərqində deyillər. Biz, hələlik hadisələrə səbirlə, dözümlü yanaşırıq. Problemin sülh yolu ilə həllinə üstünlük veririk. Müsbət nəticə olmasa “Dəmir yumruq” yerindədir”.