Daha bir ölkədə “xilafət” yaradıldı

Xilafet

Nigeriyanın şimalında “İslam xilafəti” yaradılıb.

XALQ.AZ-ın məlumatına görə, “Boko haram” radikal qruplaşmasının lideri Abubakar Şekay Nigeriyanın şimal-şərqindəki Quoz şəhərində “islam xilafəti” yaradıldığını elan edib.

Avqust ayında “Boko haram” ekstremistləri ölkənin şimalında bir neçə yaşayış məntəqəsini ələ keçirməyə nail olublar. Quozla yanaşı, Damboa və Buni Yadi də onların əlindədir.

“Boko haram” qruplaşmasının yaraqlıları artıq bir neçə ildir ki, hakimiyyətə qarşı faktiki müharibə aparırlar. Ötən beş ildə 10 mindən çox insan onların törətdikləri terror aktlarının qurbanı olub.